Eks-sevgilisi Cennifer Lopesə hədiyyə etdiyi “Porche”ni geri aldı

saytların hazırlanması

Evə çatdırılma

Eks-sevgilisi Cennifer Lopesə hədiyyə etdiyi “Porche”ni geri aldı

Şou

20 Avqust 2021 13:17 1051


ABŞ-ın kino və pop-estrada ulduzu Cennifer Lopesin keçmiş sevgilisi, beysbolçu Aleks Rodriqes ona bağışladığı qırmız rəngli bahalı “Porche” markalı avtomobili geri alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Nəşr qeyd edir ki, Aleks Rodriqes “İnstagram” səhifəsində həmin avtomobillə foto paylaşıb. Sezar pizza

Bu, Cennifer Lopesin fanatlarının diqqətindən yayınmayıb.

Rodriqes 140 min dollarlıq həmin avtomobili Lopesə onun 50 illiyi münasibəti ilə hədiyyə edib.

Beysbolçu özü bu barədə danışmaq istəməyib.

Rodriqesin izləyiciləri isə onu bu addımına görə qınayıblar: “Maşınla poz verən şəxs özü həmin avtomobili Cenifer lopesin ad gününə hədiyyə etmişdi. Gülməlidir”, “Sən hansı haqla “Porche”ni Lopesdən geri almısan?”, “Necə də ləyaqətsiz hərəkətdir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!