Nikol Paşinyanın son açıqlamalarını loru dilə çevirsək, Ermənistanın Bakı və Ankaranın təklif etdiyi dəhliz variantına razı olduğu ortaya çıxır.
Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bunu siyasi şərhçi Vigen Akopyan deyib.
Onun qiymətləndirməsinə görə, Ermənistan ictimaiyyətinə hər şeyi gözəl paketdə təqdim etmək üçün əvvəlcədən sistemli məlumatlandırma işləri aparılıb. pizza sifarişi
"Artıq Ermənistan ərazisindən keçən dəhlizlə bağlı məlumatlar var idi, ona Paşinyanın İstanbula səfəri zamanı möhür vuruldu. Ərdoğan da bunu bəyan edərək, İrəvanın bu məsələyə "daha çevik" yanaşmasını göstərdi", - Akopyan əlavə edib.
Telegram kanalımız