“Sosial şəbəkələrin tənzimlənməsiylə bağlı məsələlərin müzakirəsi birinci dəfə deyil. Çünki sosial şəbəkə geniş və ən çox plüralist platformadır. Yəni hər cür fikirlər orada rahat dolaşa bilir. Bu da bəzilərini narahat edir”.
Bu sözləri hüquqşünas Ələsgər Məmmədli “Yeni Sabah” a açıqlamasında deyib. Onun sözlərinə görə, sosial şəbəkələri Azərbaycan tənzimləyə bilməz, çünki Azərbaycanın sosial şəbəkəsi yoxdur:
“Tutaq ki, “Facebook” u Azərbaycan Amerikadan necə tənzimləyəcək? Eynilə “Twitter” və “Youtube” da. Dolayısıyla Azərbaycanın əlində tək silah var, o da blok qoymaq. Sosial şəbəkələrə blok qoymaq ölkənin imicinə və demokratik dövlət formatına zidd bir görüntü yaradar. Ciddi şəkildə zədə verər. Bu baxımdan bu tipli müzakirələr mənasız və nəticəsizdir. Sosial şəbəkələr onsuz da yarandığı ölkənin qanunvericiliyində, müəyyən çərçivədə tənzimlənir. Nifrət nitqi, pornoqrafiya,uşaqların və ya başqalarının hüquqlarını pozan hər hansı şeylər qadağandır. Bununla bağlı şikayət olursa, baxılır və tədbir görülür. Bunlar qeyri-qanuni fəaliyyət göstərmirlər, onların da bir çərçivəsi var. Qaldı ki, Azərbaycanda “tənzimlənmə” deyəndə onda da deyildiyi kimi məhdudlaşdırmaq nəzərdə tutulurdu. Siyavuş Novruzov bildirmişdi ki, şəxsiyyət vəsiqəsiylə giriş təmin olunsun, bu da mümkün olan şey deyil. Bu tip yanaşmalar sadəcə fikir azadlığı çərçivəsində müzakirə olunur. Bunun effektiv olacağını düşünmürəm və mümkün hesab etmirəm. Dördpendirli pizza
Hüquqşünas bildirib ki, sosial şəbəkədə təhqirin qarşısını almaq üçün 2017-ci ildə qanun qəbul olunub: “Bununla bağlı Cinayət Məcəlləsinə bir maddə əlavə olundu. Qüvvədə var və tənzimlənir”.
Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında bəzi deputatlar sosial şəbəkələrin də qanunla tənzimlənməli olduğunu deyib.
Əsmər Qabil
Telegram kanalımız