Elcanın “Niqulya” deməsi Nigarı əsəbiləşdirdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Elcanın “Niqulya” deməsi Nigarı əsəbiləşdirdi - Video

Şou

19 Noyabr 2024 12:18 24055


Əməkdar artist Nigar Şabanova efirdə əsəbiləşib. 

Yenisabah.az olay-a istinadla xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu “El canlı” verilişində baş verib.

Proqramın aparıcısı Elcan Rəsulov müğənni Kəmalənin hər kəliməsində istifadə etdiyi və sosial şəbəkədə “viral” olan “Niqulya” deyərək Şabanovanın hal-əhvalını soruşub. Toyuqlu pizza

Həmin kəlməni eşidən Nigarın üz ifadəsi 180 dərəcə dəyişib. O, qəzəbli baxışları ilə Elcana deyib: “Yaxşıyam, Elülya”. Müğənninin bu sözlərinə gülən aparıcı “Bu “TikTok” və “Instagram” çıxardana mən nə deyim?! Başımız xarab olub!”.

Nigar isə qarşı tərəfə “Bir baş ki, güldürsə, o heç zaman “TikTok”da başqa mövzularla iylənməz” deyə "fəlsəfi" şəkildə fikrini ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!