Əlcəzairli ulduz “Sabah“a qarşı oynamayacaq

saytların hazırlanması

Evə çatdırılma

Əlcəzairli ulduz “Sabah“a qarşı oynamayacaq

İdman

10 May 2023 17:59 791


Türkiyə "Beşiktaş"ının futbolçusu Raşid Gezzal Bakıda "Sabah"a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacaq.

Yenisabah.az xəbər verir ki, əlcəzairli hücumameylli yarımmüdafiəçi zədəsini sağaltsa da, hələlik komanda ilə məşqlərə başlamayıb.

İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş oynamağa hazır olmayan 31 yaşlı vingeri Azərbaycana gətirməyi planlaşdırmır.

Təcrübəli oyunçu ən yaxşı halda mayın 21-də səfərdə "Adana Demirspor"la keçiriləcək Superliqanın XXXV tur matçında meydana çıxa bilər.

Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Sabah" - "Beşiktaş" görüşü saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!