Elçin Nəsibov yüksək vəzifəyə TƏYİN EDİLDİ 

saytların hazırlanması

Evə çatdırılma

Elçin Nəsibov yüksək vəzifəyə TƏYİN EDİLDİ 

Sosial

19 İyul 2024 11:48 1724


Ədliyyə nazirinin müvafiq əmri ilə Elçin Nəsibov Nazirliyin Qanunvericilik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə “Yeni Sabah”a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Elçin Nəsibov 1974-cü ildə anadan olub. 1996-cı ildə Moskva Dövlət Hüquq Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bitirib. Toyuqlu pizza

Əmək fəaliyyətinə 1997-ci ildə Ədliyyə Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışaraq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, layihələr üzrə rəylərin verilməsində bilavasitə iştirak edib.

2006-2017-ci illərdə Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi, 2017-ci ildən bu vəzifəyə təyin olunanadək isə Qanunvericilik baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2016-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, eləcə də 2012-ci ildə “Ədliyyə sahəsində fərqlənməyə görə” medalları ilə, 2019-cu ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)”, 2020-ci ildə isə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!