Eldar Əzizov Binə sakinləri ilə görüşdü - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Eldar Əzizov Binə sakinləri ilə görüşdü - FOTOLAR

Sosial

17 İyun 2022 10:13 941


Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov növbəti görüşünü Xəzər rayonu Binə qəsəbəsinin sakinləri ilə keçirib. 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı şəhərinin və Xəzər rayonunun bütün təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri iştirak edərək 3 saata yaxın ayaq üstə zala toplaşan 600 nəfərdən çox Binə sakininin müraciət və təkliflərini dinləyiblər.

Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, Azərbaycan ciddi şəkildə inkişaf edir. Dünya ölkələri arasında əhəmiyyətli yer tutur və ölkəmizin mövqeyi günbəgün möhkəmlənir. Bu gün Avropada müharibə gedir, Yaxın Şərqdə ciddi problemlər yaşanır, Postsovet ölkələrində böhran hökm sürür. Azərbaycanda isə sabitlik qorunub, bütün sahələrdə inkişaf vardır.  Pepperoni pizza

İlk dəfə olaraq 200 ildən sonra tarixi nailiyyət əldə etdik, düşmənimizi məğlub edərək işğal altında olan torpaqlarımızı azad etdik. Ölkəmizin  iqtisadiyyatı inkişaf edir, sabitlik vardır, islahatlar aparılır. Ökə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanı gözəl gələcək gözləyir.   

Eldar Əzizov qeyd etdi ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin səyləri ilə Azərbaycan parklar ölkəsinə çevrilib. Təkcə Bakı şəhərində 220 yeni ən müasir parklar yaradılıb. Bütün bunlar Prezident İlham Əliyevin dahi intellekti və müdrik siyasətinin nəticəsidir ki, onların da kökündə tarixdə şəxsiyyət faktoru, İlham Əliyev fenomeni dayanır.   

Sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbəsi üzrə nümayəndəsi Ərəstun Əlisoy qəsəbədə görülmüş işlərlə bağlı hesabat verdi. 

“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən 30 nəfər qəsəbə sakini Bakı şəhərində, eyni zamanda, Binə qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin çəkilməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, nəqliyyat, məşğulluq, dayanacaqlarda ödəmə terminallarının quraşdırılması  və s. olmuşdur. 

Gürüş zamanı sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verildi. Bütün müraciət və təkliflər nəzarətə götürüldü.

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!