Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Elə bil ailə qururlar ki, uşaq doğsun, sonra da boşanıb desinlər “aliment ver””
18 Sen 2021 11:23
5832

“Elə bil ailə qururlar ki, uşaq doğsun, sonra da boşanıb desinlər “aliment ver””

Azərbaycanda son illər boşanmaların sayı artıb. Pandemiya dövründə isə statistika çox ciddi artıb və trend sürətlə yüksəlməkdədir.

10 il öncə hər qurulan 10 ailənin 1-i boşanma ilə nəticələnirdisə, bu il hər 4 ailənin biri boşanma ilə sonlanıb.

Bəs səbəb nədir, dözümsüzlük, yoxsa maddi və ya psixoloji problemlər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Mehriban Xanlarova önə çıxan səbəb kimi gənclər arasında dözümsüzlüyü qeyd edib. Aktrisanın sözlərinə görə gənclər artıq bir-birilərinə qarşı dözümlülük nümayiş etdirmək, göz yummaq istəmir, nəticədə gənc ailənin təməli qoyulmadan dağılır:

“Boşanmaların səbəbi çoxdur. Fikrimcə əvvəlcədən danışıb, müəyyən anlaşma əldə etmək lazımdır. Gərək ailə olmamışdan əvvəl hər şeyi düşünəsən. Bəzən də valideynlərin günahı ucbatından ailələr dağılır. Ən çox boşanma elə böyüklərin günahı ucbatından olur. Valideynlər fikirləşir ki, “övladım yada getməsin, elə öz qohumuma getsin”. 

O qədər adam tanıyıram ki, övladını qohuma ərə verib sonra da boşayıblar. Qohumlar da bir-birinə düşmən olub. O qədər belə hadisələrə şahid olmuşam ki… 

Çox vaxt boşanmaların günahını qadınlarda görürlər, amma bu, hər zaman belə deyil. Dərinliyə varmaq lazımdır. Bu qız ərə gedir, bir müddət sonra boşanır, yaxud da oğlan. Biri deyir ki, “Əşşi mənə tapılmayan qız olsun”, o biri tərəf də fikirləşir ki, mənə oğlan yoxdur? Belə yanaşma doğru deyil”.

Sənətçi digər səbəb kimi isə yeni gənc nəslin ailə məsələlərinə, dəyərlərinə məsuliyyətsiz yanaşmasını göstərib:

“Vallah, elə bir zəmanəyə gəlmişik ki, bu barədə gənclərlə danışmaq həqiqətən çox çətindir. O qədər ailələr olub ki, boşanma həddinə gəlib çatıblar, biz böyüklər getmişik, danışmışıq, başa salmışıq, ailələri dağılmayıb. İllər sonra min dua oxuyublar ki, sənin sayəndə ailəmiz dağılmadı, yaxşı ki, danışdın, izah elədin. Bir problem olan kimi həmən dəqiqə qərar vermək lazım deyil. 

Bir az düşünmək, bir-birinə vaxt tanımaq lazımdır. Ola bilər ki, qız inciyər, gedər atasının, anasının yanına, 5 gün, bir həftə uzaq qalsın, bir az düşünməyə vaxtı olsun, uzaqlaşsın, sonra yenidən münasibətləri bərpa etsin. Biri də var ki, ani qərar versin, sonra heç nəyi düzəltmək də mümkün olmur. Sonrakı peşmanlıq da fayda vermir. Ortada uşaqlar bədbəxt olur. Boşanan kişi də, qadın da mənim vecimə deyil, mənə təsir edən körpə uşaqlardır, görün, onlar nə qədər travma yaşayırlar… 

Sonra düşürlər kişilərin üstünə ki, “tez ol, aliment ver!” Elə bil ailə qururlar ki, gedib bir uşaq doğsunlar sonra da boşanıb desinlər “aliment ver”. Bu nə “ənənə”dir başa düşmürəm, axırımız nə olacaq, bilmirəm. Allah cavanlarımıza səbr, dözüm versin. İndiki cavanlarda hövsələ yoxdur. Mən cəmiyyətin içərisindəyəm, görürəm, cavanlarda heç səbr qalmayıb”.

Əsmətxanım

  • Babayev Babayev
    Babayev Babayev
    Sizin kimi efirlərdə şıpaqad açıb,təpik-yumuruq atan "əməkdar artisdən" örnək alan gənc nəsil belə olmalıdır da.
    1 month ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər