Ələsgər Məmmədli və Ruslan İzzətli saxlandı

saytların hazırlanması

Evə çatdırılma

Ələsgər Məmmədli və Ruslan İzzətli saxlandı

Sosial

08 Mart 2024 13:53 1314


Tanınmış media eksperti, Toplum Tv-nin təsisçisi Ələsgər Məmmədli bu gün səhər saatlarında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onun qohumu Gülzar Məmmədli bildirib ki, bu, saat 11.00 radələrində Məmmədli müayinə olunduğu "İstanbul" klinikasından çıxarkən saxlanılıb.

Məmmədli maşınına yaxınlaşanda mülki geyimli şəxslər tərəfindən tutularaq başqa maşına mindirilib və naməlum istiqamətə aparılıb.

Bu gün Xətai polisinin binası qarşısında III Platformanın üzvü Ruslan İzzətli də saxlanılıb. Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, onu qara rəngli avtomobilə mindirərək naməlum istiqamətə aparıblar. Marqarita pizza

Qeyd edək ki, İzzətli martın 6-da saxlanılsa da, gecə yarısı sərbəst buraxılmışdı.(turan.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!