Elgizin sözlərinə Mehriban Xanlarovadan gözlənilməz cavab - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Elgizin sözlərinə Mehriban Xanlarovadan gözlənilməz cavab - VİDEO

Şou

09 Sentyabr 2026 16:26 112


Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan incik olduğunu açıqlayıb. Səbəb isə aparıcının anasının vəfat etdiyi vaxt aktrisanın ona zəng edib başsağlığı verməməsi olub.

“Yeni Sabah” xəbər verir ki, Mehriban Xanlarova Elgizin bu sözlərinə münasibət bildirib.

Aktrisa deyib ki, aparıcının anasının vəfat etdiyindən ümumiyyətlə xəbəri olmayıb. pizza mizza

“Özünə görə haqqı var. Amma ətrafındakılar zəng edib deyərdi. Heç paltarımı dəyişmədən, ev geyimində qaçıb gedərdim. Elə şeylərə fikir verən insanam. Allah bütün analara rəhmət eləsin. İnanın, bilməmişəm. Elə şey olar ki, bilim və getməyim? Nə olub ki? Tonlarla çörək kəsmişik, çiyin-çiyinə işləmişik. Bu gün bilmişəm ki, Elgizin anası dünyasını dəyişib”, - deyə Mehriban Xanlarova bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!