Elgizin verilişində dava düşdü: Elza efiri tərk etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Elgizin verilişində dava düşdü: Elza efiri tərk etdi - Video

Şou

15 May 2020 22:52 2426


Əməkdar artist Elza Seyidcahan qonaq olduğu verilişdə qalmaqal yaşayaraq, canlı efiri tərk edib.

Yenisabah.az xəbər verir ki, ARB televiziyasında yayımlanan “Elgizlə izlə” verilişində aparıcı Pərvanə Tahirqızı ilə onun sözləri çəp gəlib.

Pərvanənin “Elə Hollivud ulduzları var ki, onlar başlarına şamdan qoyurlar. Elza xanım da bu imicini kimdənsə götürüb” sözlərinə Əməkdar artist sərt reaksiya verib: Dominos pizza

“Biz anadan olandan beləyik. Mənim vikipediya məlumatlarımı oxumusunuz? Əgər oxusaydınız, məndən xəbəriniz olardı”.

Verilişin aparıcısının “Az yaşım yoxdur. 32 yaşım var. Bu imicdə sizi əvvəllər heç görməmişəm” şərhi E.Seyidcahanın səbrini daşırıb.

Müğənni “Yəqin, sən məni heç görməmisən. Görsəydin, belə danışmazdın” deyib və bacısı Rasimə ilə birlikdə proqramı tərk edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!