Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.
“Yeni Sabah” Modern.az-a istinadla bildirir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib.
Məlumatı saytımıza Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər. pizza
Bildirilib ki, yeni baş həkim təyinatı dünən olub və artıq kollektivə də təqdim edilən Fikrət Əhmədov bu gündən işə çıxıb.
Qeyd edək ki, F.Əhmədov bir neçə ay öncə Nizami Tibb Mərkəzinə baş həkim təyin olunmuşdu. O, yeni təyinatla əlaqədar Nizami Tibb Mərkəzindən ayrılıb.
Fikrət Əhmədov 9 aprel 1982-ci ildə Bakıda doğulub.
1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində ali təhsil alıb.
2006-2012-ci illərdə təhsilini Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin urologiya kafedrasında davam etdirib. O, burada assistent doktor olaraq çalışıb və 2012-ci ildə uzman həkim dərəcəsi alıb.
Uroloq Fikrət Əhmədov 2012-ci ildə İngiltərənin London şəhərində yerləşən Great Ormont Street Hospital for children xəstəxanasında pediatrik urologiya ixtisası üzrə kurs keçib.
2013-cü ilin dekabr ayında tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.
F.Əhmədov 2013-cü ildən 2023-cü ilə qədər etibarən Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasında baş laborant, assistent vəzifəsində fəaliyyət göstərib.
O, 2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.
Telegram kanalımız