Ötən gün keçmiş səhiyyə naziri Əli İnsanovun Azərbaycan müxalifəti ilə bir araya gəlməsi, Müsavat Partiyasının qərargahında 3-5 müxalifət lideri üçün nəzərdə tutulan yerlərdən birində əyləşməsi ciddi etirazlara səbəb olub. Bu etirazlar heç də kənarda deyil. Elə həmin partiyaların – AXCP, Müsavat və digərlərinin üzvləri tərəfindən səsləndirilir.
Vaxtilə adbaad olaraq bu partiyaların liderlərini ən aşağı formada təhqir edən İnsanova açılan qucaq ləyaqətli müxailfətçilər tərəfindən qəbul olunmur. Necə ola bilər ki, vaxtilə Azərbaycan səhiyyəsini ağlar günə qoyan və iqtidarın ən böyük korrupsionerlərindən biri kimi qəbul olunan şəxs bu gün İsa Qəmbər və ya Əli Kərimli ilə eyni ideyanın daşıyıcısına çevirilir? Təbii ki, siyasətdə mövqe dəyişmələr, situasiyaya uyğun qərar vermələr, hədəflərin redaktə edilməsi normal qəbul olunandır. Amma ideya və əqidələrin dəyişməsi hər zaman o liderlərin ardınca gələn insanların öz-özlərinə haqlı suallar verməsinə səbəb olur. Əcəba, bu mövqe dəyişikliyinə səbəb nədir?
Məsələn, Əli İnsanova açılan bu qapıya AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadə belə reaksiya verib: pizza sifarişi
“Dostlar, Əli Kərimlinin doğru qərarlar vermə qabiliyyətinə şübhəm yoxdur. İndiyədək onun verdiyi ən qeyri - populyar qərarların belə sonradan düzgün qərar olduğu sübuta yetib.
Amma bəyin bugünkü Dəyirmi Masaya qatılmaq qərarını anlamaqda çətinlik çəkirəm. Xalqın onu siyasi partiya liderliyindən xalq liderinə çevirdiyi bir məqamda adları siyasi intriqalarla assosasiya olunan, birlikləri dağıdan, keçmişi ləkəli adamlarla bir masa ətrafında əyləşməyə Əli bəyi nə vadar etdiyini doğrudan anlamaqda çətinlik çəkirəm.
Müxalifətə müxalif olan, əlindən heç bir iş gəlməyən kreativ ağzıgöyçəklərin susdurulduğu bir məqamda onlara tema vermək lazım deyildi.
Buna haqqı olmayan adamların "Əli Kərimli birliyə qarşıdır" qərəzli kampaniyasını zəzrərsizləşdirmək üçün bu boyda güzəştə məncə, ehtiyac yox idi”.
Bu gün Arif Hacılı, İsa Qəmbər, Əli Kərimli və digərlərinin Əli İnsanovla yan-yana dayanması yeni sima ortaya çıxarır. Müxalifət artıq Əli İnsanov sifətində görünür və çox güman ki, bundan adları çəkilən liderlər çox narahatdır.
Bəs o zaman onları bu addımı atmağa nə məcbur edir? Bəlkə İnsanovun bitib tükənməz sərvəti? Yoxsa, keçmiş nazirin arxasında Qərbi Azərbaycanlılar “ordusu”nun dasyanması haqda yaradılan illüziyalar? Bu, “qrant mafiyası”nın sifarişi ola bilərmi? Əli İnsanovun bir vaxtlar nəinki kəskin tənqid etdiyi, hətta edam olunmasını tələb etdiyi keçmiş Müsavat başqanının yanında oturmasına səbəb nə ola bilər? Son zamanlar sözügedən düşərgədə baş verən uğursuzluqlar, xüsusilə müxalifətin iqtidar daxilindəki dayaqlarının sarsıdılması belə bir birlik görüntüsünün yaradılmasına səbəb ola bilərmi?
Çox səbəb söyləmək mümkündür. Amma siyasi şərhçilər Əli İnsanovun müxalifət sıralarından görünməsini son günlər iqtidar komandasında başlanan islahatlarla əlaqələndirilər. Ölkə başçısı İlham Əliyev artıq inkişafın yolunda “kötüyə” çevrilmiş fiqurları komandadan uzaqlaşdırmağa start verib. Onun yeni kadrlarla görüşlərində səsləndirdiyi fikirlər bu dəfə islahatların qarşısıalınmaz prosesə çevrildiyini göstərir. Prezidentin təbirincə desək, hakimiyyətdə islahatlara maneə yaradan qüvvələr ard-arda sarsıdıcı zərbələr alır ki, bu da cəmiyyətdə islahatlara inamı artırır.
Bu zaman əlbəttə ki, anti-islahatçılar kənarda dərstək axtarmaq məcburiyyətində olacaqlar. Bu isə ən müxtəlif qütblərin hakimiyyətə qarşı birləşməsini zəruri edir. Fəqət, bu birliklər hər zaman kövrək olur.
Çünki məqsəd nə hakimiyyət dəyişikliyi, nə də demokratik dəyrələrin bərqərar olunmasıdır. Məqsəd kölgədəki qüvvələrin maraqlarını təmin etməkdir. Təəssüf ki, müxalifət liderləri də hər zaman bu tələyə düşürlər. 2013-cü ildə Rüstəm İbrahimbəyov, indisə Əli İnsanov birlik rəmzi və lider qismində siyasi səhnəyə çıxarılıb. İnsanovun iqtidarla münasibətlərinin düşmənçilik həddində olması sirr deyil. O da sirr deyil ki, sabiq nazir həm siyasi təfəkkür, həm də maraqlar baxımından mövcud müxalifətlə uzun müddətli bir arada ola bilməz.
Əli İnsanovun merkantil maraqları təmin olunduğu yerdə onun müxalifət liderləri “siyasi dostluğu”nun bitəcəyi şbühəsizdir. Necə ki, 2013-cü il prezident seçkiləri öncəsi alovlu müxalifətçiyə çevrilən Rüstəm İbrahimbəyovun səsi bir ildən sonra yenidən iqtidar tərəfdən eşidilməyə başlandı...
Telegram kanalımız