Əli Mirəliyev məmurları tənqid edən Brilliant barədə: “O, mənim yolumu gedir”

saytların hazırlanması

Evə çatdırılma

Əli Mirəliyev məmurları tənqid edən Brilliant barədə: “O, mənim yolumu gedir”

Şou

10 İyul 2019 13:29 1684


Xəbər verdiyimiz kimi, xalq artisti Brilliant Dadaşova rüşvət alan məmurlara mahnı həsr edib. Müğənninin bu addımı böyük səs-küy doğurub.

İfaçının sənət dostu Əli Mirəliyev “Yeni Sabah”a Brilliant xanımın bu addımını yüksək qiymətləndirdiyini bildirib:

“Məncə, bu cəsarətli addımdır. Ümumiyyətlə, Brilliant cəsarətli qızdır. O həmişə belə olub, mən onu qız vaxtından tanıyıram, onunla çox yaxın olmuşuq.  Brilliantın həm musiqiləri, həm də zövqü yaxşıdır. Hər zaman da sözü üzə deyən olub”. 

Ə.Mirəliyev özünün də tənqiddən çəkinmədiyini xüsusi vurğulayıb:

“Mən bu addımı elə həyatım boyu atmışam, sözümü həmişə demişəm. Nəyin doğru, nəyin yanlış olduğunu camaata çatdırmışam.  Bunu şou biznesdə edən elə mənəm. Brilliant elə mənim dediklərimi təsdiqləyir, mənim yolumu gedir. Mən hər zaman haqsızlıqlarla mübarizə aparıram, aparacağam da”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!