Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu” 

saytların hazırlanması

Evə çatdırılma

Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu” 

Şou

25 Aprel 2024 15:37 751


Müğənni Əli Mirəliyev Əməkdar artist Cavanşir Məmmədovun qəfil vəfatı ilə bağlı gözlənilməz açıqlama verib. 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində mərhum həmkarının ölümünə bir televiziya aparıcısının səbəb olduğunu iddia edib. 

“Mən elə insanam ki, nə varsa, onu da deyəcəyəm. O şəxs Cavanşirə böyük dərd verdi. Fırıldaqçı türk vardı (keçmiş kürəkəni Kemal Mustafa İbili – red.), efirlərə çıxıb yalan açıqlamalar verdi. Amma Cavanşirə ən böyük zərbəni kanalların birində çalışan bir aparıcı vurdu. Adını açıqlamayacağam. Sən öz dinini, millətini qoydun ortalığa, amma sən gerçəkləri bilmədən Cavanşiri gözdən saldın. Belə etmək olmazdı. Cavanşir hər gecə səhərə kimi söhbət edib, mənimlə dərdləşirdi. Mən onun böyük qardaşı idim. O məndən nigaran idi. Mən qaldım, o getdi... Lapdan getdi... Heç kimə əziyyət vermədi, xəstəxanaya düşmədi. Həyat yoldaşı Xalidəni də üç dəfə insult vurub. Xalidə durur, amma əri dünyasını dəyişdi”, - deyə Əli Mirəliyev vurğulayıb.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!