“Əlimdə sevgili namizədlərimin uzun siyahısı var” - Ancelina Coli
11 May 2021 23:41
1246

“Əlimdə sevgili namizədlərimin uzun siyahısı var” - Ancelina Coli

2016-cı ildə keçmiş həyat yoldaşı Bred Pittdən ayrılan Hollivud ulduzu Ancelina Coli verilişlərin birində şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, 45 yaşlı aktrisa boşandıqdan sonra heç kimlə münasibət qurmadığını bildirib. Ancelina daha sonra "Əlimdə sevgili namizədlərimin uzun siyahısı var" deyərək hər kəsi təəccübləndirib.

Qeyd edək ki, Ancelina ilə Bred xeyli müddətdir uşaqların qəyyumluğu ilə bağlı razılığa gələ bilmirlər. Onların 3 bioloji və 3 himayəyə götürdüyü 6 övladı var. Hazırda Ancelina məhkəməni qazanmaq üçün Pitt tərəfindən məişət zorakılığına məruz qalması ilə bağlı dəlillər təqdim etməyə hazırlaşır./Axsam.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər