Elmar Vəliyev qayıtdı: Bakıda böyük biznesə başladı

saytların hazırlanması

Evə çatdırılma

Elmar Vəliyev qayıtdı: Bakıda böyük biznesə başladı

Sosial

17 Noyabr 2022 16:12 100177


Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevdən xəbər var. Sabiq icra başçısına yaxın mənbələrin Gununsesi.info-ya verdiyi xəbərə görə, Elmar Vəliyev Bakıda tikinti biznesinə başlayıb.

Onun bu iş üçün Türkiyədən gəlmiş iş adamları ilə ortaq razılaşmasının olduğu deyilir.

Vəliyevə yaxın mənbə onu da bildirib ki, sabiq başçının anlaqsız olması barədə cəmiyyətdəki fikir yanlışdır. pizza mizza

“Elmar Vəliyev gününün bir neçə saatını özünə məxsus ofisdə keçirir. Görüşləri olur, biznesini idarə edir” deyə mənbə əlavə edib.

Qeyd edək ki, Elmar Vəliyevin vəkilləri  ona qarşı sui-qəsd cinayətində ittiham olunan Yunis Səfərovun məhkəməsinə sabiq başçının anlaqsız olmasına dair həkim rəyi təqdim etmişdilər.

Həmin rəyi nəzərə alan məhkəmə kollegiyası prosesləri Elmar Vəliyevin iştirakı olmadan aparıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!