“Elməddin aktyordur, ona niyə qız veriblər?“   - Qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

“Elməddin aktyordur, ona niyə qız veriblər?“ - Qalmaqal

Şou

08 İyul 2021 16:07 2261


Aktyor Elməddin Cəfərovun söylədiyi “Oğlum kimi alır alsın, müğənni almasın” sözləri cavabsız qalmayıb.

Yenisabah.az xəbər verir ki, lent.az-a açıqlama verən müğənni Roza Zərgərli aktyorun cavabını belə verib: 

“Elməddin aktyordur. Bəs ona niyə qız veriblər ki? Ömür boyu deyiblər ki, şou aləmində olan və aktyor olan oğlanlara qız verməzlər. Nə yaxşı ona qız verdilər? Deməli, normal ailə başçısıdır. O demək deyil ki, müğənni qız normal ailə başçısı ola bilməz. Elməddin də düşdü şou aləmində qız alıb, qız verməyənlərin siyahısına”.  pizza sifarişi

Qeyd edək ki, E.Cəfərov lent.az-a müsahibəsində bu sözləri demişdi: 

“Oğlum xaricdə ali təhsil alır. Ona demişəm ki, xaricdə ailə qura bilmərsən. Söylədim ki, Nihad, birdən ağlına gələr, orada qalım, evlənim, qəti olmaz. Kimlə ailə qurmaq istəyərsə, qarışmaram. Azərbaycanlı xanımla evlənə bilər. Amma oğlumun müğənni qızla ailə qurmasına razı olmaram. İstəmirəm. İstərdim ki, gəlinim evdar olsun. Müğənni xanımlar işlə bağlı ora-bura qaçırlar, çətin olur". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!