Elməddin: “Özü vaksin olunmayıb, amma başqalarını bəyənmir”

saytların hazırlanması

Evə çatdırılma

Elməddin: “Özü vaksin olunmayıb, amma başqalarını bəyənmir”

Şou

22 Sentyabr 2021 15:30 1368


Saxta koronavirus sertifikatlarının və arayışların alınması məsələsi demək olar ki, bütün inkişaf etmiş ölkələrdə var. Təəssüf ki, bu kimi faktlara ölkəmizdə də tez-tez rast gəlinir.

Bu pasportların verilməsi Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, saxta sənəd hazırlamaq və istifadə etmək məsuliyyəti yaratsa da, ölkəmizdə demək olar ki, hər gün saxta sənəd verən tibb işçiləri aşkarlanır.

Yenisabah.az-a danışan aktyor Elməddin Cəfərov vətəndaşların hər zaman rüşvətlə nəyisə almağa çalışdığını bildirib və bunu qınayıb: Dördpendirli pizza

“Bizdə pul verib nələrisə almaq artıq adi hala çevrilib. Sovet vaxtından qalma vərdişdir, yeni bir şey deyil. Hər zaman belə şeylərə meyil olub. Ona görə də bəzi insanları qınayıram, çünki özüm vaksin olunmuşam, Covid pasportum da var. Qoy deməsinlər ki, Elməddin özü vaksin olunmayıb, amma başqalarını bəyənmir.

Bəzi insanlar peyvəndin əks-təsirlərindən qorxurlar. Mən özüm aprel ayında “Sinovac” vurdurdum, heç bir yan təsirini görmədim. Olacaqsa da olacaq, bütün günü canımı əzizləmirəm. Allah nə qədər yazıbsa, o ömrü yaşayacağam. O qədər cavan oğullarımız dünyasını dəyişdi ki. Heç birindən də artıq deyiləm”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!