Elmlər Akademiyası nüfuzunu itirib   - Məşhur akademik

saytların hazırlanması

Evə çatdırılma

Elmlər Akademiyası nüfuzunu itirib - Məşhur akademik

Sosial

03 İyun 2022 12:38 1022


Akademiyanın güclü potensialı olub, yarandığı gündən elmin bütün istiqamətərində böyük naliyyətlər əldə edib. Amma “Teknofest”də hiss etdim ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Bu məsələdə aktiv olmalıyıq.

Yenisabah.az məlumatına görə, bunu "Teknofest" festivalında AMEA-nın iştirakının nəticələrinə həsr olunmuş AMEA Rəyasət Heyətinin xüsusi iclasında vitse-prezident, AMEA-nın “Teknofest” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, AMEA-nın innovasiya, tətbiq məsələləri ilə daxili və xarici bazara çıxması bir neçə xüsusi təşkilatları çıxmaq şərti ilə yaranan mənzərə diqqəti o qədər də cəlb edən deyil. pizza

“Sanki laqeydlik, inamsızlıq var. AMEA-ya kənardan o dərəcə etimad yoxdur. Bizim innovativ istiqamətdə fəaliyyətimizin daha da təkmilləşdirilməsi, Azərbaycanda bilik iqtisadiyyatının formalaşdırılması ilə bağlı ciddi problem var. Burada təşkilatı, inzibati, maliyyə, institusional tədbirlərin görülməməsi kimi məqamları gördük”, -deyə o əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!