Elşad Xosenin vəfatı ilə bağlı İDDİA YAYILDI

saytların hazırlanması

Evə çatdırılma

Elşad Xosenin vəfatı ilə bağlı İDDİA YAYILDI

Hadisə

01 Avqust 2026 16:08 1148


Son saatlarda sosial şəbəkələrdə repçi Elşad Xosenin vəfat etməsi ilə bağlı paylaşımlar yayılıb.

“Yeni Sabah” Sfera.az-a istinadla xəbər verir ki, hazırda sənətçinin vəfat etdiyini təsdiqləyən hər hansı rəsmi açıqlama verilməyib.

Sosial şəbəkələrdə yayılan iddialar geniş müzakirə olunsa da, məlumatın doğruluğu hələlik təsdiqini tapmayıb. Dördpendirli pizza

Məlumata görə, sənətçinin yaxınları və tanışları ilə əlaqə saxlanılsa da, onun ölümü ilə bağlı rəsmi təsdiq əldə olunmayıb.

Xatırladaq ki, bundan əvvəl də Elşad Xosenin səhhətində problemlər yarandığı və xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yayılmışdı. Həmin vaxt Səhiyyə Nazirliyi şəxsin sağlamlıq vəziyyətinin tibbi sirr olduğunu bildirərək bununla bağlı hər hansı məlumat açıqlamamışdı.

Hazırda sosial şəbəkələrdə yayılan iddialarla bağlı rəsmi qurumların və sənətçinin yaxınlarının açıqlaması gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!