Elvin əməliyyat üçün Türkiyəyə gedəcək

saytların hazırlanması

Evə çatdırılma

Elvin əməliyyat üçün Türkiyəyə gedəcək

Şou

26 May 2022 01:56 1412


Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat üçün Türkiyəyə gedir.

Yenisabah.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə məlumat verib. Sabah yola düşməyə hazırlaşan Elvin ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

"Allah yolumuzu açıq etsin. Məni sağ, salamat görmək üçün dua və yardım edən hər kəslə görüşdürsün. Uzun müalicədən sonra Türkiyəyə yollanırıq. Bu günə qədər bizə dəstək olan hər kəsdən Allah razı olsun. Yenidən görüşmək ümidi ilə..". pizza mizza

Qeyd edək ki, bir müddət əvvəl "Səni axtarıram" proqramında Elvin Ağayevin əməliyyatı üçün 90 min manat yığılıb. Aktyora qaraciyər köçürüləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!