Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş -FOTO

saytların hazırlanması

Evə çatdırılma

Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş -FOTO

Kriminal

02 Avqust 2026 14:25 98


Dünən gecə Goranboyda baş verən ailə dramının bəzi təfərrüatları məlum olub. 

''Yeni Sabah'' Bizim. Media-ya istinadən xəbər verir ki, atası - 57 yaşlı Şahin Aslanov tərəfindən bıçaqlanaraq öldürülən 33 yaşlı Elvin Aslanov valideynləri arasında yaranan mübahisə zamanı onları ayırmaq istəyərkən bıçaq zərbəsi alıb. 

Belə ki, ata, Şahin Aslanov həyat yoldaşına bıçaqla zərbə endirmək istəyərkən bıçaq oğlunun ürək nahiyəsinə dəyib. 33 yaşlı şəxs aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib. 33 yaşlı Elvin Aslanov rayonda tanınan fitnes müəllimi idi. pizza hut

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şahin Aslanov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo.az-a istinadən həyatını itirən Elvinin fotosunu təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!