Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib. Elza Seyidcahan bu gün AYB-yə dəvət olunub.
Müğənniyə AYB üzvü olduğunu təsdiq edən vəsiqəni Xalq yazıçısı, AYB sədrinin müavini Çingiz Abdullayev şəxsən özü təqdim edib.
Sənətçinin AYB-yə qəbul edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bu qərarın Yazıçılar Birliyini nüfuzdan salacağını iddia edib. pizza hut
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış yazıçı Şərif Ağayar bildirib ki, Elza Seyidcahan Yazıçılar Birliyində oturanların əksəriyyətindən daha yenilikçidir. O, Əməkdar artistə uğurlar arzulayıb:
"Bu haqda mən də eşitdim. Nə deyə bilərəm, təbrik edirəm. Amma onu deyim ki, Elza Seyidcahan Yazıçılar Birliyində adminstrativ idarədə təmsil olunan adamların əksəriyyətindən müasir və maraqlı adamdır. Hətta o, şeirlərində belə onlardan daha mütərəqqi, yenilikçidir. Ən azından şeirlərində yeni intonasiya, alliterasiya axtarışları var. Onun AYB-yə nə ehtiyacı var, o mənə maraqlı gəldi. Bu qərara gəldim ki, yəqin Elza xanım oradakıları tanımır, elə bilir ki, onlar ciddi yazarlardır, birlikdə ədəbiyyatla məşğuldurlar və o da gedib onlarla ciddi uğurlara imza atacaq. Nə deyim, olsun. Mən ona yalnız uğurlar arzulayıram. O ki, qaldı Yazıçılar Birliyinin bu qərarla nüfuzdan düşəcəyi iddiasına, məncə, Elza Seyidcahan bununla nüfuzdan düşəcək".
Əsmətxanım Rzazadə
Telegram kanalımız