Elza: “Küçələrdə “vyetnamka” ilə gəzənlər şərh yazır”

saytların hazırlanması

Evə çatdırılma

Elza: “Küçələrdə “vyetnamka” ilə gəzənlər şərh yazır”

Şou

15 May 2024 17:54 664


Əməkdar artist Elza Seyidcahan onu tənqid edənlərdən danışıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, “Qonaqcanlı” proqramında qonaq olan sənətçi ona sosial şəbəkələrdə mənfi rəy yazanlarla bağlı bunları deyib:

“Tənqid üçün ürəyim gedir. Çünki tənqid insanı inkişafa aparır. Ölməz bəstəkarımız Qara Qarayev deyib ki, tənqid edənləri qızıl axtaranlara bənzədir. Tənqidçilər sübut edəcək dərəcədə tənqid etməyi bacarmalıdırlar. Ailə tərbiyəsi, məktəb partası, auditoriya görməyən, əlini, üzünü, dişini yumayan, ayaqqabı görməyib küçələrdə “vyetnamka” ilə gəzən sənə sosial şəbəkədə şərh yazır ki, bunu bəyənmirəm... pizza sifarişi

O, tənqidçi deyil. Musiqimizə, mentalitetimizə təhqirdir. Konservatoriyada musiqiçilər ayrı, tənqidçilər ayrıdır. Tənqidçilərin qarşısında biz hansısa bir əsəri ifa edəndə birinci gözləyirik ki, bizi tənqid etsinlər. Tənqidin əsasında isə biz inkişafa doğru gedirik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!