“Həyat gah emosional olur, gah çılğın, gah şən olur, gah da kədərli. Onda həyat dəlidir? Demək, Elza həyatdır! Hər an yada düşür. Ancaq Elza haqqında yalan-palan yazılar yazan, bəzi savadı və imanı olmayanlara səslənirəm: insafınız olsun. Elzanı olduğu kimi tanımağa çalışın. Sonra gec olacaq. Özgəyə quyu qazan özü düşər”.
Bu sözləri Musavat.com-a açıqlamasında Əməkdar artist, müğənni-bəstəkar Elza Seyidcahan deyib.
Əməkdar artist ötən gün yayılan və müzakirələrə səbəb olan videogörüntülərdən danışıb. O, namaz qılmasını heç vaxt reklam etməyə çalışmadığını bildirib: Toyuqlu pizza
“Mən namaz qılmağımı car çəkməyə çalışmamışam. Çünki bu, mənim Tanrı ilə öz ünsiyyətimdir. Laçın şəhəri günü konsertə gedəndə Laçın otelinin eyvanında namaz qılırdım. Bir jurnalist məni çəkib paylaşanda bəzilərinin pisliyi şərhlərindən açıq-aydın göründü. Mən isə çox sevinərək dua edirdim. Şükür olsun, bu günləri Allah bizə nəsib etdi.
Axı vaxt var idi, düşmənlər bizim müqəddəs yerlərimizdə donuz saxlayırdılar. Nə yaxşı ki, indi dövlətimiz yeni məscidlər tikir və bərpa edir. Allah cənab Prezidentimizi qorusun. Şəhidlərimizin ruhu şaddır ki, biz burada namaz qılır, şükürlə dua edirik.
Nə qədər insanlar sevindilər, kövrəldilər, fəxr etdilər ki, Elza belədir. Həmişə də belə qalacağam. Nə səbəbə görə bəzi yazarlar Elzanın namaz qıldığı libasda çəkilmiş şəklini paylaşaraq müzakirələri özlərinə sərf edən istiqamətə yönəldirlər?
Mənim namaz qılmağıma qısqanclıq edib şəbədə qoşanlara deyirəm: Elza Seyidcahan hicab geyinib, bəzi namaz qılmayanlardan deyil, namaz qılıb, bəzi hicab geyinməyənlərdəndir. Sənətkarını tanımayan bəzi yazı əhli Allahını tanıyarmı?”
Elza Seyidcahan vahid məktəbli forması ilə bağlı müzakirələrə də mümasibət bildirib:
“Məktəblilər ancaq oxumaq, oxumaq və yenə də oxumaq haqqında düşünməlidirlər. Elmli olacaqlarsa, həddi-büluğ yaşına çatanda imanlı, elmli olacaqlarsa, ədalətli olacaqlar və o zaman dini də özləri çox yaxşı dərk edəcəklər. Çünki insanı insan edən təhsildir. Peyğəmbərimiz də buyurub: “Beşikdən məzara qədər oxumaq”.
Hətta uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsa, gözəl olar. Bu, əziz müəllimlərimizin geyiminə də aiddir.
Ən əsas arzum isə budur ki, hər bir məktəbli heç olmasa bir musiqi alətində ifa etməyi mütləq bacarsın. Bu məsuliyyət isə orta məktəblərdə nəğmə müəllimlərinin üzərinə düşür”.
Telegram kanalımız