Elza Seyidcahan: “K”, “g”, “ç”, “c”, “z”, “s”... 6 hərf uçuruma gedir

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahan: “K”, “g”, “ç”, “c”, “z”, “s”... 6 hərf uçuruma gedir

Şou

15 May 2025 16:04 676


“Yalandan pula görə kimisə tərifləyirlər. O da pulla gəlib özünü bu sənətə dürtdü. Yamaq kimi. Gəlin, bu yamağı düzəldək. Pulunu, villasını, maşınını göstərir. Bir gün gedər bu gözəllik, sənə də qalmaz. İnsanın nə qədər var-dövləti olsa da, sonda həyatda gördüyü iş qalır".

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bu sözləri Elza Seyidcahan “Gün ortası” verilişində deyib.

Əməkdar artist əlavə edib: “Qarşıdan “Son zəng” gəlir. Deməyim, nə edim?! “Son zəng” tədbirlərində “Ağ çiçəyim” mahnısını oxuyuram. Şagirdlər "ç" hərfini düzgün demirlər. “K”, “g”, “ç”, “c”, “z”, “s” - 6 hərf bizdə artıq uçuruma gedir. Marqarita pizza

“C” ilə danışan uşaqlar ali məktəbi də elə bitirirlər. Sonra da gəlib müğənni olurlar. Mən onların qüsurlarını deyəndə təşəkkür edirlər ki, indiyə qədər nə valideynlərimiz, nə də müəllimlərimiz bunu deyib. Valideyni qınamıram. Deyək ki, evdədir, savadı yoxdur. Bəs müəllimlərimiz? Ay müəllimlər, niyə əlifbamızın hərflərini uşaqlara düzgün öyrətmirsiniz? Bəs o uşaq məktəbə gedəndə 10 kilo çantanı niyə daşıyır?”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!