Elza Seyidcahan qalmaqallı şeirlərinin fəlsəfəsini açıqladı   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahan qalmaqallı şeirlərinin fəlsəfəsini açıqladı - VİDEO

Şou

29 Yanvar 2025 16:31 233


Əməkdar artist, bəstəkar və şair Elza Seyidcahan yazdığı qeyri-adi şeirlərin dərin məna daşıdığını bildirib.

Yenisabah.az xəbər verir ki, o, bu fikrini "Xəbərin var?" verilişində səsləndirib.

Sənətçi öz yaradıcılığının sadəcə gündəlik ifadələrdən ibarət olmadığını, hər bir şeirin arxasında dərin fəlsəfi məna gizləndiyini vurğulayıb. O, bəzi insanlar tərəfindən birmənalı qarşılanmayan şeirlərinin əslində incəsənətin fərqli bir tərzi olduğunu və oxucuların bu misraları daha geniş rakursdan dəyərləndirməli olduqlarını deyib. Sezar pizza

Elza Seyidcahan onu tənqid edənlərə də cavab verib. Onun sözlərinə görə, insanların əksəriyyəti fərqli yanaşmaları dərhal qəbul edə bilmir, lakin zaman keçdikcə incəsənətdə yeni üslubların da öz yerini tapdığını qeyd edib.

Qeyd edək ki, Elza Seyidcahanın qeyri-adi və bəzən anlaşılmaz görünən şeirləri tez-tez sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilir. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!