Əməkdar artist Elza Seyidcahan aktyor Fərda Xudaverdiyevin “O üz-Bu üz” “YouTube” verilişində qonaq olub.
“Yeni Sabah” xəbər verir ki, aparıcının müğənniyə ünvanladığı suallar və aldığı cavablar müzakirələrə səbəb olub və çoxlarında gülüş doğurub.
F.Xudaverdiyev ifaçıya belə bir sual ünvanlayıb: Marqarita pizza
“Sizcə, 6 ildən bir keçirilən futbol üzrə dünya çempionatının qalibi kim olacaq?”
Elza Seyidcahan: “Finala kimlərin çıxdığını desəniz, ona uyğun cavab verərəm. Deyirlər, Türkiyə çıxıb. İstəyərdim ki, onlar qalib olsun. Ötən 6 illikdə də onlar finala çıxmışdılar, deyəsən. Bilirəm ki, Yaponiya qalıb, bir də zəncilər. Braziliya qalib, ola bilər, ya da Messi ilə Ronaldonun komandası. İstəyərdim ki, Messinin komandası qalib olsun. Xərçəng bürcüdür. Oğlumla eyni gündə doğulub. Həm də ailəcandır. Uşaqları var. Yaxşı atadır. Doğrudur, futbolda mənimki Peledir.”
Əməkdar artist bildirib ki, “Qarabağ” futbol komandası üçün himn yazıb:
“Sözləri və musiqisi mənə aiddir. Özüm bəstələmişəm. Öz mahnımla bütün dünya futbolçularını təbrik edəcəyəm. "Qarabağ, bağ-bağ" şəklində yazmışam. Xüsusi geyimim də olacaq.”
Ətraflı videoda:
Aydan Hacı
Telegram kanalımız