Əməkdar artist Elza Seyidcahan Mirzə Ələkbər Sabirin qəzəllərindən birinə musiqi bəstələyib.
Bu barədə “Yeni Sabah”a bəstəkar özü məlumat verib.
O, bildirib ki, Sabirin şeirlərini oxuduqdan sonra çox təsirlənib və bu bəstə meydana gəlib:
“Sabirin bir şeirinə mahnı bəstələdim. “İstəsən könlüm kimi zülfün pərişan olmasın, Ol qədər cövr et mənə ah etmək imkan olmasın” misrası ilə başlayan qəzəlinə mahnı bəstələmişəm. Onun sevgiyə aid şeirlərindən rast gəldiyim bu oldu. Mənə elə gəldi ki, Sabir qadın gözəlliyindən zövq almayıb. Düzdü, onu “Bayatı Şiraz” muğamında oxuyurlar amma mən də öz üslubumu qatmışam. İnşallah, yaxın gələcəkdə qismət olar, dinləyərsiniz”.
Əsmətxanım
Telegram kanalımız