Elzadan yeni şeir: “O baş, bu baş, danabaş, yavaş...“

saytların hazırlanması

Evə çatdırılma

Elzadan yeni şeir: “O baş, bu baş, danabaş, yavaş...“

Şou

12 Oktyabr 2022 17:52 2431


Əməkdar artist Elza Seyidcahan yeni şeirini təqdim edib.

Yenisabah.az xəbər verir ki, sənətçi ARB telekanalında yayımlanan “Xəbər-ətər” verilişində “Pul” adlı yeni şeirini oxuyub.

Onun şeiri qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin böyük qismi Seyidcahanın bu şeirini gülüşlə qarşılayıb. Dominos pizza

Sözügedən şeiri təqdim edirik:

 

Pullarımı dərmanladım, xarab olmasın,

Sayıb, sərib, sahmanladım, görən olmasın

Yanından ötməsin onun yellər, sovurmasın

Pul havada rəqs edər, gur havada səpələnər

Şabaş, şabaş, o baş, bu baş, danabaş, yavaş

Ey dazbaş, harda pul var orada baş

İllərimi payaladım, günlərimi bellədim

Günlərimi bellədim, içinə su tökdüm,

 Böyütdüm, hasarladım, kəhərlədim, mindim, çapdım,

Pullarımın iyini tapdım...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!