Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Cavanşir Məmmədovdan sensasiyalı təklif: “Xalq artistlərinə 1 milyon manat verilsin“
07 Dek 2021 17:28
3811

Cavanşir Məmmədovdan sensasiyalı təklif: “Xalq artistlərinə 1 milyon manat verilsin“

“Tarixin bir günü” verilişində qonaq olan Əməkdar artist Cavanşir Məmmədov sənət adamları üçün bank hesabının açılmasını təklif edib. O bildirib ki, müğənnilərə yardım üçün pul yığılmalıdır. Bu təklif min cür yozulub və onu qınaq hədəfinə çevirib.

Yenisabah.az-a danışan ifaçı açıqlamasına aydınlıq gətirib. O, fikirlərinin yanlış anlaşıldığını bildirib:

“Tolikin verilişində dediyim təklif yanlış anlaşıldı. Saytlarda, sosial şəbəkələrdə “Müğənnilərə yardım üçün 50 qəpikdən pul yığmaq lazımdır" başlığı ilə paylaşıldı. Məni əsla başa düşməyiblər. Deyirdim ki, xalqın sevib-seçdiyi adamlar fəxri adlara layiq görülsünlər, çünki bəzən ad alanlarla bağlı narazılıqlar olur. 

Dövlət sözsüz ki, hər şeyi düz edir, ona söhbət yoxdur. Amma bəzən insanlar arasında müəyyən dedi-qodulara şahid oluruq. Odur ki, bir fikir irəli sürdüm. Dedim ki, “Xalq artisti” fəxri adına namizəd olan sənətçi üçün bir hesab açılsın, xalq o hesaba pul köçürsün, əgər hesaba gələn məbləğ 5 milyonu keçsə, deməli, xalq onu sevir. Həm də həmin hesaba 1 manat, 5 manat, 1000 manat köçürmək mümkün olsun, yəni kimin nəyə imkanı çatırsa o qədər. Həm də köçürməni məhz həmin müğənninin pərəstişkarları olsun”.

İfaçı bu yolla seçimin ədalətli olacağına inandığını qeyd edib:

“Baxın, mən 100 min manat demirəm, çünki o pulu özü də yaxınlarından, ətrafından yığa bilər, lakin 5 milyonu yığmaq olmur. Həmin hesab da müvafiq dövlət orqanına təhvil verilir. Əvvəlcədən bildirilir ki, bu insanın hesabına 5 milyon pul köçürülüb və xalq sevgisi qazanıb. Bu yolla seçim də ədalətli olar. 

Sonra yığılan pulun 4 milyonu aztəminatlılara, təqaüdçülərə, şəhid ailələrinə verilsin. Qalan 1 milyonu da həmin adamın hesabında qalsın. Sonra sənət adamları sabah-birigün xəstələnəndə o puldan istifadə edilərək müalicə edilsin. Yoxsa dəqiqəbaşı qaçırlar dövlətin üstünə...

Təklif elədiyim kimi olarsa, bu zaman fəxri adlar ətrafında olan söz-söhbət də yığışar. Mən verilişdə 50 qəpik məsələsini ona görə dedim ki, ola bilər bir insanın imkanı çatmır, onu verir. Bu da xalqın köməyidir. Xahiş edirəm, xalq da məni düzgün başa düşsün. Mən böyük sənət adamlarının “Xalq artisti” adı alanda bunu etməli olduğunu demirəm. Bunu gənc ifaçılara, “YouTube”-dakı baxış sayı ilə öyünüb fəxri ad almaq istəyənlərə şamil edirəm”.

Əsmətxanım

  • Anar
    Anar
    Qeyri ciddi bir qarmon ifacisi.)))
    1 month ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər