"Mənə çox maraqlıdır, görəsən, aranızda balaca Bəyimxanımı tanıyanlar çoxdur, ya az?"
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəyimxanm Vəliyeva sosial şəbəkə hesabında yayımladığı arxiv videosu ilə bağlı yazıb.
"Bu isə düz 1996-ci ilin görüntüsüdür. Yəni üstündən düz 27 il keçib. O zaman mən hamımızın sevimlisi Ələkbər əmi var idi. Yəqin ki çoxunuz xatırlayarsınız. Allah ona qəni-qəni rəhmət eləsin, həyatdan nakam köçdü o da. O zaman mən Ələkbər əminin bütün efirlərinin ən sevimli ifaçısı idim. Hər zaman öz verilişlərinə məni mütləq çəkirdi", - deyə müğənni qeyd edib. Dominos pizza
Telegram kanalımız