Əməkdar artist Gövhər Rzayeva “Kişi evə pul gətirirsə, nə etsə, ona olar” fikirlərinə aydınlıq gətirib.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə qarmonçu “Günaydın, Azərbaycan!” verilişində danışıb.
O bildirib ki, ailədə söz-söhbət həmişə pula görə olur: Dominos pizza
“İnsan övladı hər zaman naşükürdür. İsti olanda istidən, soyuq olanda isə soyuqdan şikayətlənir. Ac qarnına məhəbbət olmur. Ailədə söz-söhbət maddiyyat üstündə olur. Başqasında görür deyir ki, məndə niyə yoxdur. Bu sənin bəxtinə, taleyinə çıxan insandır. Naşükürlük etmək olmaz, çünki Allah onu alar əlindən, o zaman deyərsən ki, Allah sənə qurban olum. Kişi evdə padşah, qadın isə vəzirdir. Qadın, vəzir evi idarə edir”.
Telegram kanalımız