Əməkdar artist qaydaları kobudcasına pozdu -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist qaydaları kobudcasına pozdu - VİDEO

Şou

10 Avqust 2026 14:09 125


Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydalarını kobudcasına pozub.

"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, buna dair görüntüləri sənətçi özü sosial şəbəkə hesabında paylaşıb.

A.Abdullayev 90-RX-200 dövlət qeydiyyat nişanlı “Cadillac” markalı avtomobili yolun hərəkət hissəsinin ortasında saxlayıb. O, avtomobili tərk edərək yolun ortasında mahnı oxumağa başlayıb. Bu zaman hər hansı təhlükəsizlik tədbiri, xəbərdarlıqedici nişan qoyulmayıb. pizza sifarişi

Nəticədə, yoldan keçən digər avtomobillər oradan çətinliklə keçiblər və qəza riski yaranıb.

Yollarda bu kimi çəkilişlər zamanı müvafiq qurumların əvvəlcədən məlumatlandırılması və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi mütləqdir.

Baş DYP İdarəsinin bölmə rəisi Elvin Hacıyev sorğumuza cavab olaraq bildirib ki, sürücü barəsində qanunamüvafiq məsuliyyət tədbiri görülüb: “Sürücülərdən bir daha xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi əməl etsinlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!