“İş-işdən keçəndən sonra tumanbağını bağlamağın nə mənası var?!”
Bu sözləri Yenisabah.az-a açıqlamasında Əməkdar artist, qarmonçu Gövhər Rzayeva deyib.
O, 13 yaşında ana olan qızından imtina edən valideyni haqqında fikir bildirib. Dördpendirli pizza
“Övladının başına bədbəxt hadisə gəldiyinə görə ananın ondan imtina etməsi düzgün deyil. Bu addımı atırsa, deməli, övladını küçəyə atır. Valideyn ilk növbədə övladını ovcunun içində saxlamalıydı. Əgər bədbəxtlik olubsa belə, övladını qanadının altına çəkməlisən. Sən axı, valideynsən, anasan!”
G. Rzayevanın sözlərinə görə, valideynlər istənilən yaşda övladına dəstək olmalıdır:
“Bəzən uşağın həyatı puç olur. Valideynlər də həmin an övladına yiyə durmur. Yəni get, lap pis ol, pis yollara düş?! Bu, necə ana-atadır?! O övlada kim yiyə duracaq?! Yeri gələndə, sənin övladındır. İndi işdir olub, artıq gecdir, amma yenə də ona sahib çıxmasan, axı ona başqa kimin canı yanar?!”
Əməkdar artist əlavə edib:
“Məlum hadisəyə gəlincə, qız hamilə olanda, yəni dünyaya uşaq gətirənə qədər ana bunu hiss etməliydi. Axı bir evdə yaşayırlar. Belə bir atalar sözü var: “İş-işdən keçəndən sonra tumanbağını bağlamağın nə mənası var?!”
Oğlan da ciddi şəkildə cəzalanmalıdır. Övladdan imtina isə heç nəyi dəyişdirməyəcək. Qızı qınayan insanlar da bilsin ki, kimin başına hansı hadisənin gələcəyi bilinmir. Heç kəs də bu barədə söz sahibi deyil”.
İmamət İSMAYILOVA
Telegram kanalımız