Əməkdar artist qoyun qığından  paltar tikdirəcək
05 Apr 2021 11:54
404

Əməkdar artist qoyun qığından paltar tikdirəcək

Əməkdar artist Elza Seyidcahan bu dəfə qoyun qığından (nəcisindən) paltar tikdirmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Söhbət var” verilişində qonaq olan müğənni-bəstəkar bu haqda danışıb.

O qeyd edib ki, qoyun qığından hazırlanacaq libasın üzərində modelyerlər işləyəcəklər:

“Ümumiyyətlə, çox geyimlər hazırlamaq istəyirik. Amma bir libas var ki, hələ mübahisəli qalıb. Fikirləşirəm ki, onu necə hazırlayacaqlar? Qoyun qığından paltar tikdirmək istəyirəm. Onu əvvəl qurudub sonra boyayacaqlar. Tədricən qoxusu da yox olacaq. Sonra onları qoyun dərisi üzərinə düzüb geyim hazırlayacaqlar”.

Xanım sənətçinin bu fikirləri qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb. Onun sözləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb, E.Seyidcahan buna görə tənqid atəşinə tutulub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər