Əməkdar artist Nurlan Növrəsli şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.
“Yeni Sabah” xəbər verir ki, müğənni “Qonaqcanlı” verilişində ikinci dəfə ailə qurmasından söz açıb.
N.Növrəsli şəxsi həyatını ictimai müzakirəyə çıxarmağı sevmədiyini bildirib. O qeyd edib ki, sənət fəaliyyətinə başladığı gündən ailəsi barədə danışmamaq qərarına gəlib. Sezar pizza
Müğənninin sözlərinə görə, bu yanaşmasının əsas səbəbi tamaşaçıların diqqətini şəxsi həyatına deyil, yaradıcılığına yönəltmək istəyidir.
“İlk gündən efirə çıxdığım vaxtdan ailəmə aid məlumatları paylaşmamışam. İstəmişəm ki, ailəmdən danışmayım. Sırf yaradıcılığımla gündəmə gəlmək istəmişəm. Burada gizli heç nə yoxdur. Sadəcə ailəmin şəxsi həyatının tamaşaçıya açıq olmasını istəmirəm”.
Telegram kanalımız