Əməkdar artistlər Aynişanın toyundan küsüb gediblər - Foto

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artistlər Aynişanın toyundan küsüb gediblər - Foto

Şou

05 Fevral 2020 13:56 2239


Əməkdar artistlər Aybəniz Haşımova ilə Firuzə İbadova arasında inciklik yaşanıb.

“Yeni Sabah” xəbər verir ki, bir neçə gün əvvəl qızı Aynişan Quliyevaya toy edən Haşımova həmkarının xətrinə dəyib. Nəticədə, İbadova toyu yarımçıq tərk edib. Belə ki, müğənni toya gecikdiyi üşün A.Haşımova ondan incidiyini vurğulayıb. Bu isə F.İbadovanın xoşuna gəlməyib və həmkarının iradını qəbul etməyib.

Bəzi sənət dostlarının təkidi ilə şəkil çəkdirən müğənni toyda yalnız bir neçə dəqiqə oturub. İbadovanı şadlıq evinin dəhlizində gözləyən duet ortağı Cavanşir Məmmədov da toya qatılmayıb. Marqarita pizza

Onların toya gecikmə səbəbi isə başqa bir məclisdə iştirak etmələri olub.

Qeyd edək ki, Aynişan Kənan adlı fitnes müəllimi ilə ailə qurub. Cütlüyün oğlan toyu fevralın 8-də Ağcəbədidə olacaq. (Axşam.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!