Əməliyyatdan sonra erməni spikerin vəziyyəti pisləşdi

saytların hazırlanması

Evə çatdırılma

Əməliyyatdan sonra erməni spikerin vəziyyəti pisləşdi

Maraqlı

29 Avqust 2023 16:35 417


İlin əvvəlində qolunu sındıran Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın keçirdiyi ağır əməliyyatdan sonra vəziyyəti pisləşib.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, əməliyyat zamanı ciddi fəsadlar yaranıb və həkimlər xəstənin vəziyyətini stabilləşdirmək üçün xeyli səy göstəriblər. 

Qəzet yazır ki, narkozdan çıxandan sonra MM sədrinin vəziyyəti yenidən pisləşib. Məlumata görə, narkozun mənfi təsirlərini azaltmaq üçün həkimlər onu yenidən yatırtmalı olublar. 

Hazırda Alen Simonyanın səhhətindəki vəziyyət qənaətbəxş olsa da, o, həkimlərin nəzarəti altında reanimasiya şöbəsindədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!