“Əməliyyyat zamanı dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi

“Əməliyyyat zamanı dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi

Rəqəmsal Veb saytların hazırlanması

21 Sentyabr 2023 12:38 1744


Azərbaycan ərazisində antiterror tədbirlərinə başlayandan bəri bir sıra dövlət qurumlarının saytlarına kiberhücumlar olub.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) bildirib.

"Təkcə Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDoS (Denial-Of-Service Attack) hücum qeydə alınıb”, - deyə T. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, XRİTDX-in mütəxəssisləri kiberhücumların  qarşısını alır: “Bu istiqamətdə fəaliyyətimizi gücləndirilimiş rejimdə davam etdiririk”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!