Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Şou

10 Sentyabr 2025 18:00 669


Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun Rusiyanın paytaxtı Moskvada yerləşən "Aviapark" Ticarət Mərkəzindəki "Forte Bello", "Zafferano" və "Edoko" restoranları "AgalarovRest" şirkətinin diqqətini müstəqil layihələrə yönəltmək planları ilə əlaqədar bağlanıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Agalarov Development" şirkətinin mətbuat xidmətindən bildirib.

Bundan əvvəl "Aviapark" Ticarət Mərkəzində üç restoranın bağlanması barədə məlumat yayılmışdı. Pepperoni pizza

"AgalarovRest"in hazırkı strategiyasının bir hissəsi olaraq, şirkət diqqətini ticarət mərkəzlərində yerləşən obyektlərdən müstəqil layihələrə çevirir", - "Agalarov Development"dən bildirilib.

"NF Group"un ticarət əmlakı departamentinin regional direktoru Yevgeniya Xakberdiyevanın sözlərinə görə, Emin Ağalarovun təkcə "Aviapark"da deyil, digər yerlərdə də restoranları bağlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!