Emin məkanı ilə bağlı yayılan videodan danışdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Emin məkanı ilə bağlı yayılan videodan danışdı - VİDEO

Şou

17 İyul 2024 13:36 762


Xalq artisti Emin Ağalarov sosial şəbəkədə sahibi olduğu istirahət mərkəzi ilə bağlı yayılan videoya aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, instaqramda paylaşılan görüntülərdə məkandan Xəzər dənizinə nəsə axıdıldığı əks olunub. Müğənni, iş adamı abunəçilərini yalnız təsdiqlənmiş faktlara etibar etməyə çağırıb:

"Bu səhər internetdə məkan ərazisində bir boru vasitəsilə dənizə nəyinsə atıldığını göstərən videoya rast gəldim. Drenaj maşını necə işləyir? O, birbaşa marinadan su və qum vurur və müvafiq olaraq, onu dərinləşdirmək üçün böyük yaxtaların girə bilməsi üçün üç metr dərinliyə nail olmaq lazımdır. Marqarita pizza

Qumdan başqa gah gil, gah qumun qəhvəyi, gah da qara rənginə rast gəlirsən. Amma bu, bizim buradan bura köçürdüyümüz sudur. Burada heç bir qoxu yoxdur, bizim Xəzər dənizimiz burada tamamilə təmizdir. Biz sadəcə onunla işləyirik".//Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!