Ən böyük PUA hücumu başladı: 75 dron eyni anda havaya qalxdı

saytların hazırlanması

Evə çatdırılma

Ən böyük PUA hücumu başladı: 75 dron eyni anda havaya qalxdı

Dünya

26 Noyabr 2023 10:18 5270


Rusiya müharibə başlayandan bəri Ukraynanın paytaxtı Kiyevə ən böyük pilotsuz təyyarə hücumu həyata keçirib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı Ukrayna ordusu açıqlayıb.

Bildirilir ki, Rusiya dünən səhər saatlarında paytaxt və ətrafına İran istehsalı olan 75 “Shahed” pilotsuz təyyarəsi göndərib.

Pilotsuz təyyarələrdən 74-ü Ukraynanın hava müdafiə sistemləri tərəfindən məhv edilib. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, hücumda biri 11 yaşlı uşaq olmaqla, en azı 5 mülki şəxs yaralanıb, vurulan PUA-lardan düşən hissələr uşaq bağçası da daxil olmaqla bir çox binaya ziyan vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!