Münasibətlərdə sədaqət hər kəs üçün eyni məna daşımır. Bəzi insanlar üçün güvən və bağlılıq əsas olduğu halda, bəziləri diqqət, həyəcan və azadlıq ehtiyacını daha ön planda tutur. Astroloqlar isə müəyyən bürclərin münasibətlərdə xəyanətə daha meyilli ola biləcəyini iddia edirlər.
“Yeni Sabah” xəbər verir ki, xarici mediada yayılan astroloji şərhlərdə Şir, Dolça və Tərəzi bürcləri bu siyahıda yer alıb.
Astroloqların fikrincə, burada əsas səbəblər bürclərin xarakter xüsusiyyətləri ilə əlaqələndirilir. Lakin qeyd etmək lazımdır ki, astrologiyanın insanın davranışlarını elmi şəkildə müəyyən etdiyinə dair sübut yoxdur. pizza mizza
Şir – Diqqət və heyranlıq azalanda
Şirlər münasibətdə özlərini dəyərli hiss etməyə xüsusi əhəmiyyət verirlər. Partnyorundan sevgi, diqqət və tərif gördükdə münasibətə bağlı qala bilirlər. Lakin münasibətdə əvvəlki həyəcanın olmadığını düşünən Şir özünü kənarda qalmış kimi hiss edə bilər. Xüsusilə partnyorunun ona əvvəlki qədər maraq göstərmədiyini düşünməsi münasibətdə problemlər yaradır.
Astroloji şərhlərə görə, belə vəziyyətdə Şir emosional baxımdan münasibətdən uzaqlaşa və başqa bir insandan diqqət görməyə meyil göstərə bilər. Buna baxmayaraq, bu bürcün nümayəndələrinin münasibəti dərhal bitirməsi də vacib deyil. Bəzən əvvəlcə qarşı tərəfdən daha çox diqqət və sevgi gözləyirlər.
Dolça – Azadlığı məhdudlaşdırmaq olmaz
Dolçalar üçün münasibətdə ən vacib məsələlərdən biri şəxsi azadlıq hesab olunur. Onlar partnyorlarının həddindən artıq müdaxiləsini və hər addımlarına nəzarət edilməsini qəbul etməkdə çətinlik çəkə bilərlər. Astroloqlar hesab edirlər ki, Dolça özünü sıxılmış və nəzarət altında hiss etdikdə münasibətə qarşı etiraz mövqeyi göstərə bilər. Bu zaman onun diqqətini başqa bir insan cəlb edə bilər.
Bu bürcün xəyanətə meyli isə daha çox hisslərdən yox, münasibətdəki məhdudiyyətlərə qarşı reaksiyadan qaynaqlanır. Yəni Dolça üçün əsas məsələ bəzən yeni münasibət axtarmaqdan çox, öz azadlığını qorumaq olur.
Tərəzi – Yenilik və emosiya axtarır
Tərəzilər münasibətlərdə harmoniya və gözəl ünsiyyətə önəm verən bürclərdən biri kimi tanınır. Bununla yanaşı, astroloqlar onların monoton münasibətlərdə uzun müddət qalmaqda çətinlik çəkə biləcəyini deyirlər. Yeni tanışlıqlar, fərqli təəssüratlar və emosional yaxınlıq Tərəzinin marağını canlı saxlaya bilər. Münasibət onun üçün adiləşdikdə isə başqa insanlara qarşı maraq yarana bilər. Astroloji şərhlərə görə, Tərəzi diqqət və romantik hisslər axtarışında münasibətdə sərhədləri poza bilər. Xüsusilə emosional baxımdan özünü narazı hiss etdiyi dövrlərdə başqa bir insana yaxınlaşmaq ehtimalının artdığı iddia olunur.
Bununla belə, insanın xəyanət edib-etməməsini yalnız doğulduğu bürclə izah etmək düzgün deyil. Münasibətdə davranışa xarakter, şəxsi seçimlər, dəyərlər, münasibətin vəziyyəti və tərəflər arasındakı ünsiyyət kimi çoxsaylı amillər təsir edir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız