Ənənəvi şorbalar bu xəstəliyin çarəsi imiş - Araşdırma
20 Noy 2019 13:54
343

Ənənəvi şorbalar bu xəstəliyin çarəsi imiş - Araşdırma

Ənənəvi ət və tərəvəz şorbalarının parazitlərə qarşı yararlı olduğu aşkarlanıb.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, bu şorbaların insanlarda malyariya xəstəliyinə səbəb olan "Plasmodium falciparum" parazitini məhv etdiyi məlum olub. 

Londonun tanınmış xəstəxanalarının mütəxəssisləri araşdrıma üçün məktəblərdən biri ilə əməkdaşlıq edib. Belə ki, məktəbin müxtəlif millətlərdən olan şagirdlərinin evdən gətirdiyi 56 ənənəvi şorbadan nümunələr götürülüb. Nəticələrə görə, 72 saat müddətində 5 şorba parazitlərə qarşı 50 faiz, 4 şorba isə 50 faizdən daha çox effektiv olub.

Araşdırmaların nəticələri malyariya qarşı ən təsirli vasitənin tapılmasına kömək edəcək. 

Sabrina Eldarqızı

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər