Energetika Nazirliyində Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən “Yeni Sabah”a verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov iki ölkə arasında münasibətlərin gələcəkdə daha da inkişafının vacibliyini və bu istiqamətdə Alman-Azərbaycan Xarici Ticarət Palatası, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupu, eləcə də Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin Menecer Təlimi Proqramının mühüm rolunu qeyd edib.
Bildirilib ki, Azərbaycanın Almaniyaya ixracında əsas payı neft və neft məhsulları təşkil edir. Belə ki, ötən il SOCAR tərəfindən Almaniya istiqamətində 2,283 mln. ton xam neft təchiz edilib. Bundan başqa, UNİPER şirkəti ilə neft-qaz istehsalında enerji səmərəliliyinin artırılması, Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin müasirləşdirilməsi, eləcə də elektroenergetika sektorunda “Simens” və digər alman şirkətləri ilə həyata keçirilən layihələrdən danışılıb. pizza sifarişi
Görüşdə təmsil olunan UNİPER, EWE, VİTO və digər alman şirkətləri isə enerji sahəsində əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər.
Telegram kanalımız