Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

saytların hazırlanması

Evə çatdırılma

Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı – Bakıda dəhşət

Kriminal

16 Sentyabr 2019 09:40 1274


Sabunçu rayonunda ailə münaqişəsi zəminində dəhşətli hadisə baş verib. 

“Yeni Sabah” "Qafqazinfo"ya istinadən xəbər verir ki, 38 yaşlı Rasim Əhmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Aynurə Məmmədzadənin Maştağa qəsəbəsində yaşadığı evinə gedib. Orada mübahisə edən keçmiş cütlüyün davası cinayətlə yekunlaşıb. R. Əhmədov keçmiş arvadının üzərinə benzin tökərək onu diri-diri yandırıb.

Yanıq xəsarətləri alan A. Məmmədzadə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas edə biliblər.  pizza hut

R. Əhmədov Aynurəni qısqanclıq zəminində yandırdığını deyib. Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!