Ərdoğan: “Beynəlxalq birlik Qarabağın işğalına qarşı heç bir addım atmadı“

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: “Beynəlxalq birlik Qarabağın işğalına qarşı heç bir addım atmadı“

Dünya

08 Avqust 2022 16:11 984


"Döyüş meydanında güclü olmadan, danışıqlar masası arxasında nəyəsə nail olmağın çətinliyi ortadadır. Azərbaycan torpaqlarının işğaldan azad olunması bunun bariz nümunəsidir".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında deyib.

O qeyd edib ki, 30 il davam edən işğal və soyqırımı siyasəti qarşısında beynəlxalq birlik heç bir addım atmayıb. pizza sifarişi

"Azərbaycanlı qardaşlarımız illərlə həm işğalın, həm də itkilərinin əzabı ilə yaşamaq məcburiyyətində qalıb. Bu ədalətsizliyə son qoymaq Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib olub. 44 gün davam edən dastanvarı mübarizənin nəticəsində, həmd olsun, Qarabağ yenidən azadlığına qovuşub, 30 illik işğala son qoyulub", - deyə dövlət başçısı vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!