Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu bildirib

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara ehtiyac olduğunu bildirib

Dünya

05 Aprel 2023 07:40 565


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT sistemində islahatların aparılmasının vacibliyini bir daha bəyan edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı qərargahında iftar mərasiminin sonunda deyib.

"Bəşəriyyətin taleyini cəmi 5 ölkənin həll etdiyi dünya nizamı acizdir. BMT Şurasının hərtərəfli islahatına təcili ehtiyac var", - deyə R.T.Ərdoğan qeyd edib. Dominos pizza

Ukrayna böhranının həlli perspektivlərinə toxunan dövlət başçısı Rusiya ilə Ukrayna arasında ədalətli sülhün bərqərar olmasının mümkünlüyünə əminliyini ifadə edib.

Onun sözlərinə görə, bu məqsədə nail olunması “tərəflərə indiki vəziyyətdən layiqli çıxış yolu təqdim edəcək və regionu cəlb olunduğu burulğandan çıxaracaq”.

Türkiyə prezidenti müsəlmanların müqəddəs kitabı - Qurana qarşı bir sıra ölkələrdə baş verən təxribatlara da münasibət bildirib.

"Quranın yandırılması da daxil olmaqla, mənfur təxribatlar heç bir halda qəbuledilməzdir və heç bir bəraət qazandıra bilməz", - deyə o bildirib.

R.T.Ərdoğan bu cür hərəkətlərin “aydın və birmənalı olaraq nifrət zəminində cinayətlər” olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!